Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə Bakı vaxtı ilə saat 15:00-da, Avroliqaya həsr olunmuş hissə isə 1 saat sonra başlanacaq.
Püşk "kor" olacaq, yəni bütün komandalar eyni səbətdə yer alacaq. İlk oyunlar aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. Bundan sonra, aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.
Avropa Liqasında da püşk "kor" olsa da, Rusiya və Ukrayna klubları iki ölkə arasındakı siyasi gərginlik səbəbindən bir-biri ilə qarşılaşa bilməyəcək. 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.
Çempionlar Liqası | |
Bavariya | Almaniya |
Monako | Fransa |
PSJ | Fransa |
Atletiko Madrid | Ispaniya |
Barselona | İspaniya |
Real Madrid | İspaniya |
Yuventus | İtaliya |
Portu | Portuqaliya |
Avropa Liqası | |
Volfsburq | Almaniya |
Brügge | Belçika |
Sevilya | Ispaniya |
Zenit | Rusiya |
Fiorentina | İtaliya |
Napoli | İtaliya |
Portu | Portuqaliya |
Dnepr | Ukrayna |
Dinamo | Ukrayna |