Bu gün Azərbaycan yığması Gürcüstanın qonağı olacaq

Bu gün Azərbaycan yığması Gürcüstanın qonağı olacaq Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının növbəti seçmə oyununu keçirəcək.
Futbol
13 Oktyabr , 2020 08:15
Bu gün Azərbaycan yığması Gürcüstanın qonağı olacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının növbəti seçmə oyununu keçirəcək.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olacaq. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci yerdə gedir. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.

Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyəcək. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.

13 oktyabr
AVRO-2021
19:00. Gürcüstan - Azərbaycan

Hakimlər: Dmitri Dmitriyev, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (Hamısı Belarus)
Qori, Tengiz Burjanadze adına stadion.

Son xəbərlər

Orphus sistemi