Bu gün Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq Bu gün keçiriləcək daha iki oyunla Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq.
Futbol
123
1 Sentyabr , 2019 07:20
Bu gün Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq

Bu gün keçiriləcək daha iki oyunla Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq.

"Report"un məlumatına görə, əvvəlcə "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı sınağa çəkəcək.

Hazırda flaqman 1 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gəlsələr, 5-ci, qonaqlar qələbə qazansalar, ən azı 4-cü pilləyə yüksələcəklər.

Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən "Neftçi", 10-dan "Sumqayıt" qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir - 45:34. Son 5 görüşdə meydan sahibi klub qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.

Turun son oyununda isə "ASCO Arena"da "Səbail""Qarabağ" komandaları üz-üzə gələcək. Hazırda bu klublar hərəyə 6 xal toplayıblar və "Keşlə" ilə birgə ilk 3 yeri bölüşürlər. Amma istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.

İndiyədək keçirilmiş 8 oyunun yalnız birində "Səbail" qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə "Qarabağ" qələbə ilə ayrılıb. Başqa sözlə, hələ komandalar heç-heçə etməyiblər. “Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda uduzub. Topların nisbətində isə Ağdam komandası öndədir - 13:1.

Azərbaycan Premyer Liqası, III tur

1 sentyabr (bazar)

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”

21:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Qəbələ"yə böyük hesabla qalib gəlib - 4:0. "Zirə" - "Sabah" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.  

Son xəbərlər

Orphus sistemi