Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura yekun vurulacaq.
Futbol
4 Dekabr , 2022 07:18
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura yekun vurulacaq.

“Report”un məlumatına görə, günün ilk matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Gəncə təmsilçisi 10 xalla doqquzuncu, sumqayıtlılar 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu komandalar arasında 2017-ci ildən bəri keçirilən son 5 oyunun heç birində “Kəpəz” qələbə qazana bilməyib.

Tura “Zirə” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 23 xalla beşinci, tovuzlular isə 16 xalla altıncı yerdədir. Birinci dövrədə Tovuzda baş tutan matçda “Zirə” 3:1 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XVI tur

4 dekabr

14:30. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

Gəncə şəhər stadionu

17:00. “Zirə”– “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi