Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.
Futbol
29 Noyabr , 2022 07:30
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.

Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

Son xəbərlər

Orphus sistemi