Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək MOİK "Srvena Zvezda"ya mütləq qalib gəlməlidir
Futbol
21 Fevral , 2018 07:19
Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşəcək.

"Report" xəbər verir ki, 1/16 final mərhələsinin cavab görüşündə Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə Serbiya "Srvena Zvezda"sı ilə üz-üzə gələcək. 

Bu komandalar arasında bir həftə əvvəl Serbiyada baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşıb. Ona görə də "hərbçilər"i yalnız qələbə qane edəcək.

Moskva təmsilçisinin heyətində Aleksandr Qolovin komandasına kömək edə bilməyəcək. "Srvena Zvezda"da isə itki yoxdur.

Bu matç MOİK-in 2018-ci ildə ilk ev oyunu olacaq.

21 fevral

Avropa Liqası

1/16 final, cavab oyunu

21:00. MOİK (Rusiya) - "Srvena Zvezda” (Serbiya)

Baş hakim: Manuel De Souza (Portuqaliya)

Son xəbərlər

Orphus sistemi