Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosova yığması ilə qarşılaşacaq
Futbol
14 Noyabr , 2017 07:58
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosova yığmasını qəbul edəcək.

Beş gün əvvəl “Dalğa Arena”da Almaniya kollektivinə 0:7 hesabı ilə uduzan milli üçün bu görüş təsəlli xarakteri daşıyır.

Daha əvvəl rəqib meydanında Almaniyaya 1:6, səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olan yığma ilk qələbə, ən azı bir xal arzusundadır.

Kosova ilə görüş millinin baş məşqçisi S.Ələkbərov üçün sonuncu ola bilər. Yaşar Vahabzadənin istefaya göndərilməsindən sonra bu posta 3 oyunluq gətirilən 49 yaşlı mütəxəssislə əməkdaşlığın davam etdiriləcəyi inandırıcı görünmür.

AVRO-2019-un seçmə mərhələsi, V qrup

14 noyabr

18:00. Azərbaycan - Kosovo

Baş hakim: Roomer Tarajev

Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid

Dördüncü hakim: Eiko Saar

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya - 9, İsrail - 7, Kosova - 6, Norveç - 5, Azərbaycan - 0.

Son xəbərlər

Orphus sistemi