Brunu Fernandeş: "Azərbaycanla oyunda qələbə qazanmaq önəmli idi"

Brunu Fernandeş: "Azərbaycanla oyunda qələbə qazanmaq önəmli idi" "Önəmli olan 3 xal qazanmaq idi".
Futbol
8 Sentyabr , 2021 09:21
Brunu Fernandeş: Azərbaycanla oyunda qələbə qazanmaq önəmli idi

"Bu qarşılaşmada üç xal qazanmaq önəmli idi".

"Report"un məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi görüş ərzində yaxşı oynadıqlarını bildirib: "Bu andan etibarən bütün matçlarda qələbə qazansaq, DÇ-2022-yə vəsiqə qazanacağıq. Artıq qarşıdakı oyunları düşünməliyik".

Komandanın digər futbolçusu Diequ Jota sentyabrdakı 3 qarşılaşmada qələbə qazandıqlarını xatırladıb: "Azərbaycanla görüşdə istədiyimiz oyunu sərgilədik və yaxşı nəticə əldə etdik".

Matçda üçüncü qola imza atan hücumçu həmişə komandasına kömək etmək istədiyini sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi