Britaniya səfiri: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!"

Britaniya səfiri: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə komandaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.
Futbol
29 İyun , 2021 16:35
Britaniya səfiri: Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!
Ceyms Şarp

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.

"Report"un məlumatına görə, Şarp Londondakı "Uembli" stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib. Şarp "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" yazıb.

Bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi