Braziliyanın ​"Korintians" klubu futbol fanatları üçün qəbristanlıq açır

Braziliyanın ​"Korintians" klubu futbol fanatları üçün qəbristanlıq açır Azarkeşlər öz sevimli futbolçularının yanında dəfn oluna biləcəklər
Futbol
7 Noyabr , 2014 00:25

Bakı. 6 noyabr. REPORT.AZ/ Braziliyanın "Korintians" futbol klubu öz şəxsi qəbristanlığını açır.

"Report" BBC-yə istinadən xəbər verir ki, burada azarkeşlər öz istəkləri ilə sevimli futbolçularının yanında dəfn oluna biləcəklər.

70 min yerlik "Əbədi Korintians" qəbristanlığı San-Paulu ətrafında yerləşir. Bura həmçinin komandanın əfsanəvi futbolçularının da uyuduğu yer olacaq.

"Korintians" ölkənin ən məşhur klublarından biridir. Komandanın təqribən 25 milyon azarkeşi var.

Şirkətin sərəncamçı direktoru Rikardo Polito bildirib ki, qəbristanlıqda yerlər futbol ulduzlarının məzarı ilə olan məsafənin yaxınlığından asılı olacaq. Qiymətlər 1 870- 3 240 dollar arasında dəyişəcək.

Burada, həmçinin konfrans zalları, restoran, göl, landşaft parkı və qoruq olacaq. 

Son xəbərlər

Orphus sistemi