Top-5 liqalarında yeni rekord müəyyənləşdi

Top-5 liqalarında yeni rekord müəyyənləşdi Fransanın "Monpelye" klubunun futbolçusu Vitorino Hilton Avropanın top-5 liqalarında meydana çıxan ən yaxşı futbolçu olub.
Futbol
16 Sentyabr , 2020 11:26
Top-5 liqalarında yeni rekord müəyyənləşdi
Vitorino İlton

Fransanın "Monpelye" klubunun futbolçusu Vitorino İlton Avropanın top-5 liqalarında meydana çıxan ən yaşlı futbolçu olub. 

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı müdafiəçi Liqa 1-də III turun "Lion"la ev matçında iştirak edib. Görüşə start heyətdə başlayan braziliyalı oyunçu 81-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 

Hilton 43 yaş 2 günündə meydana girərək top-5 liqalarında yeni rekord müyyənləşdirib. 

Qeyd edək ki, qarşılaşma "Monpelye"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi