Braziliyalı hücumçu final matçında qeyri-adi simulyasiyaya əl atıb

Futbol
  • 28 noyabr, 2021
  • 10:13
Braziliyalı hücumçu final matçında qeyri-adi simulyasiyaya əl atıb

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Deyverson "Flamenqo"ya 2:1 hesabı ilə qalib gəldikləri Libertadores Kubokunun final oyununda etdiyi hərəkətlər diqqət mərkəzinə düşüb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu sözügedən qarşılaşmada qeyri-adi simulyasiyaya əl atıb. Təcrübəli forvard görüşün baş hakiminin yüngül toxunuşundan sonra yerə yıxılaraq vaxt aparmağa çalışıb.

Qeyd edək ki, Deyverson 95-ci dəqiqədə fərqlənərək komandasına Libertadores Kubokunu qazandırıb. O, daha sonra qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.