Kiyev "Dinamo"sunun hücumçusu Azərbaycandan "qeyri-ciddi" təklif alıb

Kiyev "Dinamo"sunun hücumçusu Azərbaycandan "qeyri-ciddi" təklif alıb Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb
Futbol
11 Fevral , 2021 15:40
Kiyev Dinamosunun hücumçusu Azərbaycandan qeyri-ciddi təklif alıb
Kleyton

Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.

"Report"un məlumatına görə, bu barədə braziliyalı hücumçu yerli "Futbol" nəşrinə müsahibəsində deyib.

26 yaşlı forvard bildirib ki, təklif qeyri-ciddi olduğu üçün onu qəbul etməyib: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi. Hələ yüksək səviyyədə futbol oynamaq istəyirəm. Ona görə də "Dinamo"nu seçdim".

Qeyd edək ki, Kleyton Kiyev təmsilçisinə ölkəsinin "Atletiko Mineyro" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi