Yeni transferi "Zirə"yə çempionluq üçün gəlib

Yeni transferi "Zirə"yə çempionluq üçün gəlib "Zirə" gəlişimlə çox motivasiya oldum. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır".
Futbol
4 Fevral , 2021 09:20
Yeni transferi Zirəyə çempionluq üçün gəlib
Filipe Paxtman

"Bura gəlişimə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin braziliyalı yeni transferi Filipe Paxtman ölkəsinin "Uol" nəşrinə açıqlamasında deyib.

21 yaşlı hücumçu Azərbaycan təmsilçisinə tez uyğunlaşacağını bildirib: "Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Bu səbəbdən, komandaya tez uyğunlaşacağıma inanıram və bu nikbinliyim ölçüsüzdür".

Paxtman çempionluqla bağlı iddialı danışıb: "Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. "Zirə"nin çempion olmasına kömək etmək üçün buraya gəldim. Amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm".

Qeyd edək ki, Filipe Paxtman "Zirə" ilə 6 ay + 3 illik müqavilə imzalayıb. Komanda hazırda Azərbaycan Premyer Liqasında 23 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi