Braziliyalı futbolçu oyun zamanı şimşək çaxmasından huşunu itirib

Futbol
  • 15 yanvar, 2019
  • 16:05
Braziliyalı futbolçu oyun zamanı şimşək çaxmasından huşunu itirib

Bakı. 15 yanvar. REPORT.AZ/ Braziliyanın "Aqua Santa" klubunun futbolçusu Enrike oyun zamanı şimşək çaxmasından huşunu itirib.

"Report" "Globoesporte"yə istinadən xəbər verir ki, hadisə gənclər arasında San-Paulu Kubokunun 3-cü turunda "Atletiko Mineyro" ilə matçda baş verib.

Qarşılaşmanın 47 dəqiqəsində ildırım çaxıb və braziliyalı oyunçu yerə yıxılıb. Klubun Mətbuat xidmətindən bildirilib ki, Enrikeni ildırım vurmayıb, sadəcə, qorxudan huşunu itirib.