Braziliyada futbolçular hər oyundan əvvəl koronavirus testindən keçəcək

Braziliyada futbolçular hər oyundan əvvəl koronavirus testindən keçəcək Braziliya çempionatında çıxış edən klubların bütün futbolçuları matçlardan əvvəl koronavirus testindən keçəcək.
Futbol
11 Avqust , 2020 10:55
Braziliyada futbolçular hər oyundan əvvəl koronavirus testindən keçəcək

Braziliya çempionatında çıxış edən klubların bütün futbolçuları matçlardan əvvəl koronavirus testindən keçəcək. 

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası qərar çıxarıb. Komandaların oyunçuları hər turun oyunundan 78 saat əvvəl testdən keçməli olacaq. Test nəticələri görüş başlamazdan 24 saat əvvəl komandalara göndəriləcək. 

Qeyd edək ki, Braziliya çempionatında yeni mövsüm avqustun 9-da başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, Braziliyada üç milyondan çox insan koronavirusa yoluxub, 100 mindən çoxu vəfat edib. 

Son xəbərlər

Orphus sistemi