Braziliyada futbol matçı Amazon meşələrindəki yanğına görə dayandırılıb - VİDEO

Braziliyada futbol matçı Amazon meşələrindəki yanğına görə dayandırılıb - VİDEO Braziliyada futbol oyunu tropik Amazon meşələrindəki yanğının tüstüsünə görə yarımçıq dayandırılıb.
Futbol
28 Avqust , 2019 06:43
Braziliyada futbol matçı Amazon meşələrindəki yanğına görə dayandırılıb - VİDEO

Braziliyada futbol oyunu tropik Amazon meşələrindəki yanğının tüstüsünə görə yarımçıq dayandırılıb.

“Report” xəbər verir ki, tüstü bütün stadionu bürüyüb və nəticədə hakim görüşü dayandırmaq qərarına gəlib.

Yağışlı Amazon meşələrində yanğın artıq 3 həftədir ki, davam edir. Bir çox idman ulduzları və ictimai xadimlər region hökumətlərini təbii fəlakətlə mübarizəyə səsləyiblər. Braziliyanın bir neçə ştatında fövqəladə vəziyyət elan olunub. Fransa prezidenti Emmanuel Makron meşə yanğınlarını beynəlxalq böhran adlandırıb.

Son xəbərlər

Orphus sistemi