Braziliyada azarkeşlərin davasında iki nəfər qətlə yetirildi

Braziliyada azarkeşlərin davasında iki nəfər qətlə yetirildi Braziliya A Seriyasında V turun "Palmeyras" - "Santos" matçından sonra azarkeşlər arasında insident baş verib.
Futbol
25 Avqust , 2020 12:11
Braziliyada azarkeşlərin davasında iki nəfər qətlə yetirildi

Braziliya A Seriyasında V turun "Palmeyras" - "Santos" matçından sonra azarkeşlər arasında insident baş verib.

"Report"un məlumatına görə, hadisə nəticəsində qonaq komandanın iki fanatı güllələnib.    

San-Paulu polisi qətli törədən 21 yaşlı kişini həbs edib. O, "Santos" tərəfdarlarına atəş açdığını boynuna alıb. Daha bir nəfəri isə həkimlər sağalda biliblər. 

İstintaqın ilkin nəticələrinə əsasən, dava "Palmeyras" və "Santos" "ultraslar"ının qatıldığı ziyafətda baş verib. San Paulu təmsilçisinin fanatı silah çıxarıb, "Santos" azarkeşlərinə atəş açıb və hadisə yerindən qaçıb. 

Cinayətkar San-Paulu ştatının həbsxanasına köçürülüb. O, hökm elan olunanadək burada qalacaq. 

Qeyd edək ki, qarşılaşma "Palmeyras"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi