Braziliya telekanalı Messi ilə zarafatlaşıb

Braziliya telekanalı Messi ilə zarafatlaşıb Braziliyanın TNT Sport telekanalı Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Lionel Messi ilə zarafatlaşıb.
Futbol
18 Noyabr , 2021 12:21
Braziliya telekanalı Messi ilə zarafatlaşıb
Lionel Messi

Braziliyanın TNT Sport telekanalı Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Lionel Messi ilə zarafatlaşıb.

"Report"un məlumatına görə, telekanal iki ölkə yığmaları arasında qolsuz yekunlaşmış dünya çempionatının seçmə oyunundan sonra instaqramda foto paylaşıb. Vestern üslubunda fotoda 34 yaşlı forvardın təsviri əksini tapıb və üzərində "Axtarılır!" yazılıb.

Qeyd edək ki, Lionel Messi Braziliyaya qarşı matça start heyətində çıxıb və 90 dəqiqəni meydanda keçirib. Lakin o, məhsuldar ötürmə ilə yadda qalmayıb.

Braziliya 35 xalla qrup liderliyini və məğlubedilməzliyini qoruyub. Ardıcıl 3 oyunluq qələbə seriyasına son qoyan Argentina isə 29 xalla 2-ci pillədə yer alıb. Hər iki komanda dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Son xəbərlər

Orphus sistemi