DÇ-2022: Braziliya millisi vaxtından əvvəl final mərhələsinə yüksəlib

DÇ-2022: Braziliya millisi vaxtından əvvəl final mərhələsinə yüksəlib Braziliyanın futbol yığması DÇ-2022-nin seçmə mərhələsinin ev oyununda Kolumbiya millisinə 1:0 hesabı ilə qalib gəliblər.
Futbol
12 Noyabr , 2021 06:58
DÇ-2022: Braziliya millisi vaxtından əvvəl final mərhələsinə yüksəlib

Braziliyanın futbol yığması DÇ-2022-nin seçmə mərhələsinin ev oyununda Kolumbiya millisinə 1:0 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.

Braziliya millisi seçmə mərhələnin 12 oyununda 11-ci qələbəsini qazanaraq Qətərdə keçiriləcək final turnirində iştirakını təmin edib.

Yığma 34 xalla turnir cədvəlinə başçılıq edir.

Oyun gününün digər qarşılaşmalarında Ekvador yığması Venesuela komandasını (1:0), Çili seçməsi Paraqvayı (1:0) məğlub edib.

Turnir cədvəlində argentinalılar ikinci (25 xal), ekvadorlular üçüncü (20), çilililər dördüncü (16), kolumbiyalılar beşinci (16) yeri tuturlar. İlk dörd yeri tutan komanda birbaşa dünya kubokunun final mərhələsinə yüksələcək. Beşinci yeri tutan komanda pley-offda digər konfederasiyaların təmsilçiləri ilə oynayacaq.

Son xəbərlər

Orphus sistemi