Braziliya məhkəməsi 30 il sonra “Sport Resife”nin ölkə çempionu olmasına dair qərar verib

Braziliya məhkəməsi 30 il sonra “Sport Resife”nin ölkə çempionu olmasına dair qərar verib Pernambuku təmsilçisi 1987-ci ilin qalibi elan edilib
Futbol
20 Aprel , 2017 11:07
Braziliya məhkəməsi 30 il sonra “Sport Resife”nin ölkə çempionu olmasına dair qərar verib

Bakı. 20 aprel. REPORT.AZ/ Braziliya Ali Məhkəməsi “Sport Resife” klubunun 1987-ci ildə futbol üzrə ölkə çempionatının qalibi olmasına dair qərar qəbul edib. 

“Report” "ESPN" nəşrinə istinadən xəbər verir ki, Pernambuku təmsilçisinin qızıl medallara sahib olması 30 il sonra rəsmiləşib.

Prosesin uzun sürməsinə səbəb 1987-ci ildə ölkə çempionatının iki fərqli təşkilatçı tərəfindən keçirilməsi olub. “Sport Resife” Braziliya Futbol Konfederasiyasının, “Flamenqo” isə klubların təşkil etdiyi birincilikdə qalib gəlib. Həmin vaxt mübahisəli məsələnin həlli üçün bu komandalar arasında həlledici görüşün keçirilməsi təklif olunsa da, “Flamenqo” klubunun rəhbərliyi bununla razılaşmayıb.

2011-ci ildə mükafat “Sport Resife”yə təqdim edilib, lakin bununla barışmayan “Flamenqo” ötən il məhkəməyə müraciət edib.

Qeyd edək ki, bu, 1905-ci ildə təsis olunan “Sport Resife” klubunun tarixi ərzində yeganə çempionluğudur.

Son xəbərlər

Orphus sistemi