Braziliya çempionatında qalib müəyyənləşdi

Braziliya çempionatında qalib müəyyənləşdi Braziliya A Seriyasında sonuncu turun oyunları keçirilib
Futbol
26 Fevral , 2021 09:31
Braziliya çempionatında qalib müəyyənləşdi

Futbol üzrə Braziliya A Seriyasında sonuncu - XXXVIII turun oyunları keçirilib.

"Report"un məlumatına görə, bu matçlardan sonra çempionun adına aydınlıq gəlib.

"Flamenqo" "San-Paulu"ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Səbəb onun ən yaxın izləyicisi "İnternasional"ın "Korintians"la qolsuz heç-heçə etməsidir.

"Flamenqo" 71 xalla birinci, "İnternasional" 70 xalla ikinci yeri tutub. "Atletiko" isə 68 xalla bürünc medallara yiyələnib.

Son xəbərlər

Orphus sistemi