Braziliya çempionatında kütləvi dava baş verib

Braziliya çempionatında kütləvi dava baş verib Braziliya A Seriyasının XXX turunda "İnternasional" və "Qremio" komandaları arasındakı matçda kütləvi dava baş verib.
Futbol
7 Noyabr , 2021 12:51
Braziliya çempionatında kütləvi dava baş verib

Braziliya A Seriyasının XXX turunda "İnternasional" və "Qremio" komandaları arasındakı matçda kütləvi dava baş verib.

"Report"un məlumatına görə, final fitindən sonra meydan sahibinin azarkeşləri rəqibə atmaca atıb.

Fanatlar "Qremio"nun loqosunun təsvir olunduğu karton tabutlar göstərib və onların aşağı liqaya gedişinə işarə vurub. Tərəfdarlara "İnternasional"ın bir neçə futbolçusu da qoşulub.

Qonaq komandanın oyunçuları bundan narazı qalıb və nəticədə kütləvi dava başlayıb. Daha sonra polis hadisəyə müdaxilə etməli olub.

Qeyd edək ki, görüş "İnternasional"ın 1:0 hesablı qələbəsi ilə bitib. Komanda 30 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qremio" isə 26 xalla 19-cu sıradadır.

Son xəbərlər

Orphus sistemi