Braziliyanın Belu-Orizonti şəhərində futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Braziliya və Argentina yığmaları qarşılaşıb. Report xəbər verir ki, oyun Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb.
Birinci qol oyunun 19-cu dəqiqəsində vurulub. Hücumçu Qabriel Jesuz Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qolu isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.
Braziliya Argentina yığmasına qalib gələrək Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək .