Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Braziliya yüksək liqasında ən çox mövsüm iştirakçılarının adlarını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötənlərin tanınmış qapıçısı Rojerio Seninin rekordu təkrarlanıb.
“Fluminense”nin qolkiperi Fabio A seriyasında 2023 mövsümünün startında meydana çıxmaqla həmkarına çatıb. 43 yaşlı Fabio 2015-ci ildə karyerasını başa vuran Seni kimi, karyerasının 22-ci mövsümündə qapını qoruyub.
Futbolçu |
Mövsüm |
İllər |
Klublara görə mövsümlər |
Rojerio Seni |
22 |
1993-1995, 1997-2015 |
“San Paulo”: 22 |
Fabio |
22 |
2000-2019, 2022, 2023 |
“Vasko da Qama”: 5, “Kruzeyro”: 15, “Fluminense”: 2 |
Roberto Dinamite |
21 |
1971-1990, 1992 |
“Vasko da Qama”: 20, “Portuqueza”: 1 |
Eder |
21 |
1973-1991, 1994, 1995 |
“Amerika Mineyro”: 14, “Qremio”: 3, “Palmeyras”: 1, “Botafoqo”: 1, “Atletiko Paranaense”: 1, “Uniao San Joao”: 1 |
Fabio Santos |
21 |
2003-2023 |
“San Paulo”: 4, “Kruzeyro”: 1, “Santos”: 1, “Qremio”: 2, “Korintians”: 9, “Atletiko Mineyro”: 4 |