“Braqa”nın baş məşqçisi: “Səhvlərimiz cütün taleyini həll etdi”

“Braqa”nın baş məşqçisi: “Səhvlərimiz cütün taleyini həll etdi” “Səhvlərimiz cütün taleyini həll etdi”.
Futbol
23 Fevral , 2024 00:59
“Braqa”nın baş məşqçisi: “Səhvlərimiz cütün taleyini həll etdi”

“Səhvlərimiz cütün taleyini həll etdi”.

“Report”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub gəlmişdik. Mərhələ adlamaq üçün qalib gəlməli idik. Qələbə qazansaq da, bu, mərhələ adlamaq üçün yetərli olmadı. 90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi. Amma bəzi səhvlərə yol verdik. Belə səviyyəli yarışlarda bunları etməməlisən”.

O, cavab görüşündə heyətdə etdiyi dəyişikliklərdən söz açıb: “Farense” ilə görüşdən sonra bu gün daha dinamik oyunçular meydanda olmalı idilər. 90 dəqiqədə ümumi hesabı bərabərləşdirdik. Buraxdığımız ikinci qol məni çox məyus etdi. Belə turnirdə bu cür səhv bağışlanılmazdır. Artıq bunu unudub, qısa müddətdə qarşıdakı matça bərpa olmalıyıq. Komanda bu gün həm fiziki, həm də psixoloji cəhətdən çox güc sərf etdi”.

Son xəbərlər

Orphus sistemi