Böyük Dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə başlayır
Futbol
- 02 aprel, 2021
- 05:08
Bu gün Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançılardan Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
Son xəbərlər
12:40
"Mançester Siti" və "Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurub
Futbol12:39
Foto
Azərbaycanda sərdabə qəbir ənənəsi: Gəncə bu sahədə necə seçilir?
Mədəniyyət siyasəti12:29
Masazırda iki qadın qətlə yetirilib
Hadisə12:18
"Miniboss Biznes Məktəbi"nin keçirdiyi startap forumlarda indiyədək 90-dan çox layihə təqdim edilib
Biznes12:17
KİV: İslamabadda İran-ABŞ danışıqları bir gün davam edəcək
Digər ölkələr12:11
Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb
Hadisə12:10
Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır
Futbol12:03
Tərtərdə iki nəfər dönərdən zəhərlənib
Daxili siyasət12:00