Böyük Britaniya AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi

Böyük Britaniya AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi Böyük Britaniya bu il futbol üzrə Avropa çempionatının bütün oyunlarını öz ərazisində keçirməyə hazırdır. "Report"un "Sunday Times" nəşrinə istinadən məlumatına görə, belə bir təkliflə UEFA-ya müraciət olunub.
Futbol
262
21 Fevral , 2021 13:33
Böyük Britaniya AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi

Böyük Britaniya bu il futbol üzrə Avropa çempionatının bütün oyunlarını öz ərazisində keçirməyə hazırdır. "Report"un "Sunday Times" nəşrinə istinadən məlumatına görə, belə bir təkliflə UEFA-ya müraciət olunub.

Bildirilir ki, nazirlik azarkeşlərin mayın sonlarınadək stadionlara dönüşü üzrə plan hazırlayıb. Britaniya rəhbərliyi qayıdışın qitənin bir çox ölkəsindən tez mümkünlüyünü açıqlayıb.

Təqvimə əsasən, Londondakı "Uembli" stadionu yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir. Lakin hökumətdəki mənbələr daha çox matç keçirmə şahişi olacağı təqdirdə, razılıq verəcəklərini söyləyiblər.

Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Lakin UEFA yarışın adını dəyişməyib. Çempionat qarşılaşmalarının Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya) və London (İngiltərə) şəhərlərində təşkili nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi