"Borussiya" yeni məşqçinin gəlişi ilə 8 oyunluq qələbəsizlik seriyasına son qoyub

"Borussiya" yeni məşqçinin gəlişi ilə 8 oyunluq qələbəsizlik seriyasına son qoyub Bakı. 13 dekabr. REPORT.AZ/ Dortmund Borussiyası Almaniya Bundesliqasının 16-cı turunda Mayts üzərində səfər qələbəsi qazanıb.
Futbol
13 Dekabr , 2017 03:58
Borussiya yeni məşqçinin gəlişi ilə 8 oyunluq qələbəsizlik seriyasına son qoyub

Bakı. 13 dekabr. REPORT.AZ/ Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının 16-cı turunda "Mayts" üzərində səfər qələbəsi qazanıb.

“Report” xəbər verir ki, görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Dortmund komandasına qələbəni Sokratis Papastatopulos və Sindzi Kaqavanın vurduğu qollar gətirilib.

"Borussiya" yeni baş məşqçi Peter Ştyogerin rəhbərliyi altında ilk oyununda qələbə qazanmaqla, Almaniya çempionatında 8 oyundur davam edən qələbəsizlik seriyasına son qoyub.

Son xəbərlər

Orphus sistemi