“Borussiya” “RB Leypsiq"ə qalib gəlib

“Borussiya” “RB Leypsiq"ə qalib gəlib Almaniya Bundesliqasının 33-cü turunun matçında RB Leypsiq Dortmund Borussiyasını qəbul edib.
Futbol
20 İyun , 2020 20:16
“Borussiya” “RB Leypsiqə qalib gəlib

Almaniya Bundesliqasının 33-cü turunun matçında "RB Leypsiq" Dortmund "Borussiya"sını qəbul edib.

"Report"un məlumatına görə, qarşılaşma Leypsiq şəhərinin "Red Bull-Arena" stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab matçın 30-cu dəqiqəsində açılıb. "Borussiya"nın hücumçusu Erlinq Xoland ilk qolun müəllifi olub. O, matçın sonunda da dubl edərək qarşılaşmada son nöqtəni qoyub.

“Borussiya” bu qələbə sayəsində Bundesliqadakı ikinci yeri təmin edib. Komanda üçüncü yerdəki “Leypsiq”dən 6 xalla öndədir. 

Qeyd edək ki, Bundesliqanın 33-cü turunun digər matçında Münhen "Bavariya"sı "Frayburq"u üstələyib.

Son xəbərlər

Orphus sistemi