"Borussiya"nın hücumçusu "Mançester Siti"yə keçə bilər

"Borussiya"nın hücumçusu "Mançester Siti"yə keçə bilər Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann karyerasını İngiltərədə davam etdirə bilər.
Futbol
12 Dekabr , 2020 12:38
Borussiyanın hücumçusu Mançester Sitiyə keçə bilər
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 20 yaşlı norveçli oyunçunun sayəsində hücum xəttini gücləndirməyi düşünür.

Holann mövsümün sonunda hazırkı komandasından ayrılmaq qərarına gəlsə, "şəhərlilər" onu heyətinə cəlb etməyə hazırdır.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm 14 oyuna çıxıb və 17 qol vurub. Onunla İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" klubu da maraqlanır.

Son xəbərlər

Orphus sistemi