Bakı. 11 aprel. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində yerli "Borussiya"nın avtobusunun qarşısında partlayış baş verib.
"Report"un məlumatına görə, hadisə vaxtı komanda oteldən Çempionlar Liqasında Fransa "Monako"su ilə ilk 1/4 final oyununun keçiriləcəyi stadiona gedirmiş.
Stadiona çatmağa 10 km. qalmış 3 partlayıcı qurğunun işə düşməsi nəticəsində müdafiəçi Mark Bartra xəsarət alıb. Ona şüşə qırıntıları dəyib. Bartra xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə böyük qüvvə cəlb edib. Partlayışın bilərəkdən olub-olmadığı yoxlanılır.