"Borussiya" klubunun baş məşqçisi istefaya göndərilib

"Borussiya" klubunun baş məşqçisi istefaya göndərilib Tomas Tuxelə 2,9 milyon avro təzminat ödəniləcək
Futbol
30 May , 2017 15:46
Borussiya klubunun baş məşqçisi istefaya göndərilib

Bakı. 30 may. REPORT.AZ/ Tomas Tyxel Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 44 yaşlı mütəxəssisin rəhbərliklə münaqişəsi səbəb olub.

Tuxelin müqaviləsi 2018-ci ilədək nəzərdə tutulmuşdu. Bu səbəbdən gənc mütəxəssisə 2,9 milyon avro təzminat ödənilməsi lazım gələcək.

Qeyd edək ki, "Borussiya"ya ötən mövsüm Fransa "Lans"ında çalışmış Lüsyen Favr rəhbərlik edə bilər. 

Son xəbərlər

Orphus sistemi