Bakı. 15 mart. REPORT.AZ/ Dortmundun "Borussiya" futbol klubunun ofis binası içərisində ağ toz olan zərf səbəbindən təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə "Ruhr Nachrichten" nəşri məlumat yayıb.
Yerli vaxtla 16:15-də binada naməlum əşyanın olması barədə polisə məlumat daxil olub. Polis binanın 5-ci mərtəbəsində içərisində naməlum tərkibli ağ tozun olduğu zərf aşkar edib. Zərfə toxunduğu ehtimal edilən bir neçə əməkdaş tibbi müayinəyə göndərilib.
Saat 17:45-də binanın mühasirəsi aradan qaldırılıb. Polisin məlumatına görə, zərfin içində şəkər tozu olub.
Çərşənbə günü "Borussiya" klubunun "Twitter"dəki hesabı hakerlər tərəfindən dağıdılıb.

