"Borussiya" Almaniya Super Kubokunu qazanıb

"Borussiya" Almaniya Super Kubokunu qazanıb Futbol üzrə Almaniya Super Kuboku matçında Dortmund Borussiyası ilə Bavariya komandaları üz-üzə gəlib.
Futbol
4 Avqust , 2019 01:35
Borussiya Almaniya Super Kubokunu qazanıb

Futbol üzrə Almaniya Super Kuboku matçında Dortmund "Borussiya"sı ilə "Bavariya" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Siqnal İduna Park"da keçilmiş görüş "Borussiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə Pako Alkaser, 69-cu dəqiqədə isə Sanço vurub.

Beləliklə, "Borussiya" tarixində 6-cı dəfə Almaniya Super Kubokunu qazanıb. Bu mükafatı ən çox - 7 dəfə qazanan komanda isə "Bavariya"dır.

Qeyd edək ki, Almaniya Bundesliqasında yeni mövsüm avqustun 16-da "Bavariya" - "Herta" matçı ilə start götürəcək. Dortmund "Borussiya"sı isə ertəsi gün "Auqsburq"u qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi