"Borussiya" Almaniya millisinin üzvü ilə vidalaşdı

"Borussiya" Almaniya millisinin üzvü ilə vidalaşdı Almaniya"Borussiya"sı(Dortmund) futbolçusu Andre Şürrle ilə yollarını ayırıb.
Futbol
15 İyul , 2020 14:22
Borussiya Almaniya millisinin üzvü ilə vidalaşdı
Andre Şürrle

Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Andre Şürrle ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.

Almaniya millisinin üzvü cari mövsümün çox hissəsini icarə əsasında Rusiya "Spartak"ında keçirib.

Qeyd edək ki, Şürrlenin Dortmund "Borussiya"sı ilə 2021-ci ilin yayınadək müqaviləsi var idi.

Son xəbərlər

Orphus sistemi