Bolqarıstanlı hücumçunun "Qəbələ"yə keçidi baş tutmayıb

Bolqarıstanlı hücumçunun "Qəbələ"yə keçidi baş tutmayıb Oyunçu "Partizan"ın "Qəbələ"dən böyük məbləğdə transfer haqqı istəməsini səbəb göstərib
Futbol
22 Yanvar , 2017 23:56
Bolqarıstanlı hücumçunun Qəbələyə keçidi baş tutmayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Serbiyanın "Partizan" klubunun futbolçusu Valeri Bojinovun "Qəbələ"yə keçidi baş tutmayıb.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı hücumçunun özü açıqlama verib.

Bolqarıstanlı oyunçu "Partizan"ın "Qəbələ"dən böyük məbləğdə transfer haqqı istəməsini səbəb göstərib. O, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə yollanacağını və hədəfinin çempionluq olduğunu söyləyib.

Bolqarıstan mətbuatı da Bojinovun "Qəbələ"yə keçidinin son anda baş tutmadığını yazıb. Hətta bildirilir ki, təcrübəli futbolçu Azərbaycan klubuna mümkün keçidi ilə əlaqədar Belqradda qalıb və əşyalarını toplamağa başlayıb. Amma transferi alınmadığından sonra Sloveniyada hazırlıq keçən "Partizan"ın düşərgəsinə qoşulmalı olub.

Futbolçuya Türkiyə, Yunanıstan və Yaponiyadan da təkliflər olub. Lakin həmin təkliflər də klubların razılığa gələ bilməmələri səbəbindən gerçəkləşməyib. 

Qeyd edək ki, Valeri Bojinov əvvəllər İtaliyanın "Leççe", "Fiorentina", "Yuventus", "Parma", İngiltərənin "Mançester Siti" və Portuqaliyanın "Sportinq" kimi məşhur klublarının formasını geyinib. O, 2015-ci ilin yayından çıxış etdiyi "Partizan"da 51 oyuna 23 qol vurub.