Boliviyada əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkib - VİDEO

Boliviyada əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkib - VİDEO Bakı. 17 aprel. REPORT.AZ/ Boliviyanın “Nasional Potosi” klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.
Futbol
17 Aprel , 2018 10:50
Boliviyada əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkib - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Boliviyanın “Nasional Potosi” klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.

“Report”un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib. Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər.

Yekunda referi braziliyalıya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, azlıqda qalan “Nasional Potosi” səfər matçında 4 qolu fasilədən sonra buraxıb.

Son xəbərlər

Orphus sistemi