Blatter məhkəmədə ifadə verdiyi vaxt səhhəti pisləşib

Blatter məhkəmədə ifadə verdiyi vaxt səhhəti pisləşib FIFA-nın sabiq prezidenti Yozef Blatter özünü pis hiss edib.
Futbol
8 İyun , 2022 19:25
Blatter məhkəmədə ifadə verdiyi vaxt səhhəti pisləşib

FIFA-nın sabiq prezidenti Yozef Blatter özünü pis hiss edib.

"Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, bu, isveçrəli keçmiş funksionerin Bellintson şəhər məhkəməsində fırıldaqçılıq işi ilə bağlı ifadə verdiyi vaxt baş verib. 86 yaşlı Blatter nəfəsalma ilə bağlı problemlərindən şikayətlənib. Məhkəmə ona səhhəti səbəbindən iyunun 9-da ifadə vermək imkanı yaradıb.

Qeyd edək ki, Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini fırıldaqçılıqda ittiham olunurlar. Məhkəmə Blatterin 2011-ci ildə Platini üçün təşkil etdiyi 2 milyon İsveçrə frankı məbləğində ödəniş epizoduna baxmaq niyyətindədir.

Baş prokurorluq hesab edir ki, ödəniş qanuni əsaslar olmadan həyata keçirilib və FIFA-nın aktivlərinə zərər vurub. Blatter və Platini ödənişin şifahi razılaşdırıldığını iddia ediblər. Bu, UEFA-nın sabiq prezidentinin 1998 - 2002-ci illərdə gördüyü iş qarşılığında baş verib.

Son xəbərlər

Orphus sistemi