Bir klub Azərbaycan çempionatından kənarlaşdırılıb

Bir klub Azərbaycan çempionatından kənarlaşdırılıb Bu, Gəncəni təmsil edən “Gənclik FT Gimnaziya”dır
Futbol
1 Noyabr , 2017 13:09
Bir klub Azərbaycan çempionatından kənarlaşdırılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ AFFA 11 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatından bir komandanı kənarlaşdırıb.

"Report"un məlumatına görə, bu, Gəncəni təmsil edən “Gənclik FT Gimnaziya”dır. Həmin kollektiv “Ümid TİM” (Gəncə) ilə matçda iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal 3-cü dəfə təkrarlandığından, komanda yarışlardan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi