Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı qapıçının adını açıqlayıb

Futbol
  • 18 may, 2025
  • 15:51
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı qapıçının adını açıqlayıb


Moskva “Dinamo”sunun və SSRİ yığmasının sabiq qapıçısı Lev Yaşin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən tarixin ən yaxşı qapıçısı seçilib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İkinci yerdə italiyalı Canluici Buffon, üçüncü sırada isə almaniyalı Manuel Noyer qərarlaşıb.

İlk "onluq"da həmçinin İker Kasilyas, Rikardo Zamora (hər ikisi İspaniya), Qordon Benks (İngiltərə), Petr Çex (Çexiya), Dino Zoff (İtaliya), Sepp Mayer və Oliver Kan (hər ikisi Almaniya) yer alıblar.

Qeyd edək ki, Lev Yaşin 1950-1971-ci illərdə "Dinamo"da çıxış edib, 1954-1967-ci illərdə SSRİ yığmasının formasını geynib. O, "Dinamo"nun heyətində 5 qat SSRİ çempionu olub. Bundan başqa, 5 dəfə gümüş, 1 dəfə bürünc medala, 3 dəfə isə SSRİ Kubokuna sahib çıxıb. Sabiq "əlcək sahibi" milli komanda ilə birgə 1956-cı il Olimpiya Oyunlarının və 1960-cı il Avropa çempionatının qalibi olub. Qolkiper həmçinin 1964-cü il Avropa çempionatını gümüş medalla başa vurub.

Yaşin tarixdə “Qızıl top”u qazanan yeganə qapıçıdır. O, 1990-cı il martın 20-də, 61 yaşında Moskvada vəfat edib.