"Beşiktaş" yenə xal itirdi

"Beşiktaş" yenə xal itirdi Futbol üzrə Türkiyə Super Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Futbol
20 Aprel , 2021 22:15
Beşiktaş yenə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionatın lideri "Beşiktaş" səfərdə "Sivasspor"la qarşılaşıb.

İstanbul klubu ötən tur olduğu kimi yenə xal itirib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran qonaqlar zirvədəki yerini qoruyub. Sivas təmsilçisi isə 51 xalla səkkizincidir.

Qeyd edək ki, hazırda "Beşiktaş"ı 69 xalla "Fənərbağça" və 65 xalla "Qalatasaray" izləyir.

Son xəbərlər

Orphus sistemi