Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Nyonda baş tutan mərasimdə Avroliqanın qrup mərhələsində ilk 2 pillənin sahibi olan və Çempionlar Liqasında qrup üçüncüsü olan komandalar öz rəqiblərini tanıyıb.
Qrup mərhələsinin son oyununda Azərbaycan təmsilçisi "Qarabağ"ı 1 xal geridə qoyaraq 1/16 finala vəsiqə qazanan Ukraynanın "Dnepr" klubu Yunanıstan "Olimpiakos"u ilə qüvvəsini sınayacaq. Türkiyənin "Trabzonspor" klubu İtaliya "Napoli"si ilə münasibətlərinə aydınlıq gətirəcək. Qardaş ölkənin daha bir təmsilçisi "Beşiktaş" isə 1/8 final mərhələsinə yüksəlmək üçün İngiltərənin "Liverpul" klubunu turnirdən kənarlaşdırmalı olacaq.
"Yanq Boyz" (İsveçrə) - "Everton" (İngiltərə)
"Torino" (İtaliya) - "Atletik" (İspaniya)
"Sevilya" (İspaniya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)
"Volfsburq" (Almaniya) - "Sportinq" (Portuqaliya)
"Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
"Olborq" (Danimarka) - "Brügge" (Belçika)
"Anderlext" (Belçika) - "Dinamo" (Moskva, Rusiya)
"Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)
"Trabzonspor" (Türkiyə) - "Napoli" (İtaliya)
"Genqam" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)
"Vilyarreal" (İspaniya) - "Zalsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Feyenord" (Hollandiya)
PSV (Hollandiya) - "Zenit" (Rusiya)
"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)
"Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)
"Seltik" (Şotlandiya) - "İnter" (İtaliya)
Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları fevralın 19-da və 26-da olacaq.