"Beşiktaş" "qızıl dubl" etdi

"Beşiktaş" "qızıl dubl" etdi "Beşiktaş" komandası futbol üzrə Türkiyə Kubokunda 2020/2021 mövsümünün qalibi olub.
Futbol
18 May , 2021 23:49
Beşiktaş qızıl dubl etdi

"Beşiktaş" komandası futbol üzrə Türkiyə Kubokunda 2020/2021 mövsümünün qalibi olub.

"Report"un məlumatına görə, "qartallar" finalda "Antalyaspor"un məğlubiyyətə uğradıb - 2:0. Qolları 3-cü dəqiqədə Xozef Souza və 30-cu dəqiqədə Valentin Rozyo vurub.

Beləliklə, "Beşiktaş" tarixində 10-cu dəfə Türkiyə Kubokunu qazanıb. "Ağ-qaralar" həm də 2009-cu ildən sonra ilk dəfə "qızıl dubl" edib. Hazırda Sergen Yalçının baş məşqçi olduğu komanda mayın 15-də Türkiyə çempionluğuna sahib olub.

Son xəbərlər

Orphus sistemi