"Beşiktaş"ın sabiq baş məşqçisi İngiltərə klubu ilə müqavilə bağlayıb

"Beşiktaş"ın sabiq baş məşqçisi İngiltərə klubu ilə müqavilə bağlayıb Karluş Karvalyal “Suonsi”yə rəhbərlik edəcək
Futbol
28 Dekabr , 2017 16:51
Beşiktaşın sabiq baş məşqçisi İngiltərə klubu ilə müqavilə bağlayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında mübarizə aparan “Suonsi” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəmi saytına istinadən xəbər verir ki, kollektiv Karluş Karvalyala həvalə olunub.

52 yaşlı mütəxəssislə 2017/18 mövsümünün sonuna qədər müqavilə bağlanılıb. Portuqaliyalı baş məşqçi dekabrın 20-də istefaya göndərilmiş Pol Klementi əvəzləyib.

“Suonsi” 20 turdan sonra 13 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Karluş Karvalyal 2011/2012 mövsümündə Türkiyənin “Beşiktaş”, 2012-ci ildə isə “Başakşehir” komandasının baş məşqçisi olub. O, sonuncu dəfə İngiltərə “Şeffild Uensdey” kollektivinə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi