“Beşiktaş”ın prezidenti baş məşqçi məsələsinə aydınlıq gətirib
Futbol
- 10 aprel, 2024
- 08:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat baş məşqçi məsələsinə aydınlıq gətirib.
“Report” xəbər verir ki, futbol funksioneri “Hürriyet”ə açıqlamasında yeni çalışdırıcıya ehtiyac duymadıqlarını söyləyib.
O, uğursuz nəticələrə baxmayaraq, hazırkı baş məşqçi Fernandu Santuşu postunda saxlayacaqlarını deyib: “Fernandu Santuşa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq. Bura çətin vaxtda gəldi. Santuşla müqavilə müddəti bitənə qədər birlikdə çalışacağıq”.
Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın mövsümün sonunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təyin etmək istədiyini iddia edib. Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Son xəbərlər
19:55
Zelenski: Əbu-Dabidəki üçtərəfli danışıqlar konstruktiv və məzmunlu idi
Digər ölkələr
19:42
Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər - Yenilənib
Digər ölkələr
19:35
"Turan" voleybol komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb
Komanda
19:18
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Xarici siyasət
19:17
Rubio Ukrayna üzrə Əbu-Dabidə keçirilmiş danışıqları məhsuldar adlandırıb
Digər ölkələr
18:56
Moskva və Kiyev Əbu-Dabidəki danışıqlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər
Digər ölkələr
18:36
Marko Rubio İranın müharibənin başa çatdırılması üçün irəli sürdüyü şərtləri absurd adlandırıb – Əlavə olunub
Digər ölkələr
18:25
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Region
18:21
Mariam Kvrivişvili: Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından asılıdır
Region