"Beşiktaş"ın futbolçusunda koronavirus aşkarlandı

"Beşiktaş"ın futbolçusunda koronavirus aşkarlandı Türkiyənin Beşiktaş klubu futbolçuları və əməkdaşlarından götürülən koronavirus testinin nəticələrini açıqlayıb.
Futbol
9 May , 2020 16:26
Beşiktaşın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin "Beşiktaş" klubu futbolçuları və əməkdaşlarından götürülən koronavirus testinin nəticələrini açıqlayıb.

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analizlərdən ikisi müsbət çıxıb.

Virusa yoluxanlardan biri oyunçu, digəri isə işçidir. Onların adları açıqlanmayıb. Hər iki şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz, vitse-prezidenti Abdürrahim Albayrak, baş məşqçisi Fatih Terimdə, "Ankaragücü"nün futbolçusunda, eyni zamanda "Fənərbağça"nın əməkdaşlarından birində koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi