“Beşiktaş”ın futbolçusu karyerasını Çində davam etdirəcək

“Beşiktaş”ın futbolçusu karyerasını Çində davam etdirəcək Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Duşko Toşiç karyerasını Çində davam etdirəcək.
Futbol
18 May , 2018 11:42
“Beşiktaş”ın futbolçusu karyerasını Çində davam etdirəcək

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Duşko Toşiç karyerasını Çində davam etdirəcək.

“Report” xəbər verir ki, İstanbul təmsilçisi bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına müraciət edib. Türkiyəlilər 33 yaşlı serbiyalı müdafiəçinin transferi üçün “Quançjou” klubu ilə danışıqlara başlayıblar. Asiyalıların futbolçu üçün 5 milyon avro ödəyəcəkləri gözlənilir.

Qeyd edək ki, Duşko Toşiç 2015-ci ildə “Gənclərbirliyi”ndən “Beşiktaş”a keçib. O, İstanbul klubunun heyətində iştirak etdiyi 100 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi