"Beşiktaş"ın baş məşqçisi istefa verib

"Beşiktaş"ın baş məşqçisi istefa verib Sergen Yalçın Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi vəzifəsindən ayrılır
Futbol
9 Dekabr , 2021 13:27
Beşiktaşın baş məşqçisi istefa verib
Sergen Yalçın

Sergen Yalçın Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçi postundan istefa verib.

"Report"un məlumatına görə, bu barədə qərar 49 yaşlı mütəxəssislə klub prezidenti Ahmet Nur Çebi arasında keçirilmiş görüşdə qəbul olunub.

13:02

Sergen Yalçın Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçi vəzifəsindən ayrılır.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis istefa verməyə hazırlaşır.

Hazırda İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Cebi ilə görüşdə olan Yalçının istefa ərizəsini təqdim edəcəyi bildirilir.

Önder Karavelin "Beşiktaş"da müvəqqəti baş məşqçi təyin olunacağı gözlənilir. O, klubun akademiyasında çalışır.

Qeyd edək ki, Sergen Yalçın "Beşiktaş"a 2020-ci ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Superliqasının qızıl medallarını qazanıb. "Qara qartallar" UEFA Çempionlar Liqasının qrup mərhələsində xal toplaya bilməyib və avrokuboklarla vidalaşıb.

Son xəbərlər

Orphus sistemi