"Beşiktaş"ın baş məşqçisi daha əvvəl "Qarabağ"da işləyib

"Beşiktaş"ın baş məşqçisi daha əvvəl "Qarabağ"da işləyib Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi səlahiyyətlərini icra edən Önder Karaveli daha əvvəl Azərbaycanda işləyib
Futbol
24 Dekabr , 2021 12:39
Beşiktaşın baş məşqçisi daha əvvəl Qarabağda işləyib
Önder Karaveli

Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi səlahiyyətlərini icra edən Önder Karaveli daha əvvəl Azərbaycanda işləyib.

"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Karaveli "köhlən atlar"dan ayrıldıqdan sonra İstanbul təmsilçisinin akademiyasında çalışıb. "Qara qartallar"ın U-19 komandasına rəhbərlik edən baş məşqçi dekabrın 9-da Sergen Yalçının istefasından sonra əsas komandaya çağırılıb.

Qeyd edək ki, "Beşiktaş" Önder Karavelinin rəhbərliyi altında Superliqadakı üç qarşılaşmanın birində heç-heçə edib, ikisində isə qələbə qazanıb. "Ağ-qaralar" hazırda 18 oyundan 28 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi